Əsas məzmuna keç

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini anır - FOTO

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini anır - FOTO

yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar...

Qanlı Yanvar hadisələrindən 34 il . Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə dərin hörmət və ehtiramının parlaq ifadəsidir.

Bu gün təkcə Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

AZƏRTAC

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…