Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xalq yazıçısı ilə əvvəlcə Milli Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilib.
Mərasimin ardınca mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılıb və daha sonra torpağa tapşırılıb.
***
Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov və müavinləri, mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri və media mənsubları iştirak ediblər.
***
Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.