"Ukrayna Avropa İttifaqına (Aİ) daxil olmaq üçün növbəti addıma hazırdır , lakin ölkənin Avropaya inteqrasiyası indi bloka üzv olan dövlətlərdən asılıdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos deyib .
"Bütün klasterlər rekord müddətdə nəzərdən keçirilib. Ukrayna öz öhdəliklərini yerinə yetirib və növbəti addıma hazırdır. İndi Aİ-yə üzv dövlətlərə icazə vermək lazımdır. Həm Kiyev , həm də Brüssel Ukraynada islahatların sürətinin səngiməsinə imkan verə bilməz", - Avropa komissarı bildirib.
Kos sentyabrın 29-da Ukraynaya da gedəcək və burada ilk olaraq yerli macar icması ilə görüşəcək. O qeyd edib ki, bu, vacib addımdır, çünki Avropaya inteqrasiya bütün cəmiyyətdə milli azlıqların etibarlı müdafiəsini təmin edə bilib.