Ukrayna bu il Avropa İttifaqından (Aİ) 30,6 milyard avro yardım alacağını gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin departament rəhbəri Sergey Marçenkonun bəyanatında deyilir.
"Aİ 2022-ci ilin fevralından bəri birbaşa büdcə yardımının ən böyük donoru olub. Bu müddət ərzində prioritet büdcə xərclərinin maliyyələşdirilməsi üçün Aİ ölkələrindən 45 milyard avro cəlb edilib”, - deyə o, Aİ-nin İqtisadi və Maliyyə məsələləri üzrə iclasında çıxışı zamanı qeyd edib.