Əsas məzmuna keç

“Uber” və “Bolt”un daha 10 sürücüsü saxlanıldı

“Uber” və “Bolt”un daha 10 sürücüsü saxlanıldı

bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təkliflər etməsi barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər...

Bakıda “Uber” və “Bolt” şirkətlərinin daha 10 sürücüsü saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-in xidmətinə istinadən xəbər verir ki, bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təkliflər etməsi barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş İdarəsi, Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis İdarələri əməliyyatlar həyata keçirib. Nəticədə qeyd olunan əməlləri törədən həmin şirkətlərin sürücüləri - Əlibala Məmmədli, Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov, Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev edilərək saxlanılıblar.

Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də müəyyən edilib.

10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…