Əsas məzmuna keç

“Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb

“Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb

sənəd Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb. Rəsmi “Neytral Türkmənistan” qəzetinin...

Türkmənistanın dövlət qaz konserni “” və Əbu Dabi Milli Neft (ADNOC) Türkmənistanın ən böyük qaz yatağı olan “”ın işlənməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, sənəd Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb.

Rəsmi “Neytral Türkmənistan” qəzetinin məlumatına görə, tərəflərin “Qalkınış” yatağının üçüncü mərhələsinin işlənməsi üçün strateji tərəfdaşlar cəlb etmək niyyətini və onların region ölkələrinə və digər dövlətlərə təbii qazın tədarükü üçün nəzərdə tutulan qaz kəməri infrastrukturunun tikintisi üçün enerji layihələrinin həyata keçirilməsində mümkün iştirakını nəzərdə tutur.

Bu şirkətlər daha bir memorandum imzalayıblar və ona əsasən atmosferə metan tullantılarının azaldılması sahəsində elmi-texniki və iqtisadi qarşılıqlı faydalı əməkdaşlığın potensial imkanlarını öyrənəcəklər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…