Əsas məzmuna keç

Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, həmin şəxslər terror təşkilatını...

Türkiyənin 51 əyalətində qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində 282 şübhəli saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına toplamaqda köməklik göstərərək ortaq fəaliyyətlə məşğul olmaqda, təşkilatı dəstəkləyən qadağan olunmuş nəşrləri təqdim etməkdə ittiham olunurlar.

Həbs olunanlar eyni zamanda qanunsuz hərəkətlər zamanı zorakılıq xarakterli küçə hadisələrinə qatılmaqda, hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaqda da şübhəli biliniblər.

Nazir bildirib ki, əməliyyatlar nəticəsində onların yaşadıqları yerlərdən iki ədəd “AK 47” avtomat, səkkiz ədəd lisenziyasız ov tüfəngi, beş ədəd lisenziyasız tapança, üç ədəd boş tapança və çoxlu sayda rəqəmsal materiallar aşkar edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…