Operativ Məlumat Mərkəzi

Türkiyə XİN İstanbul danışıqları təşəbbüsünü vacib adlandırıb

1 dəq
Paylaş:
Türkiyə XİN İstanbul danışıqları təşəbbüsünü vacib adlandırıb
bu barədə TASS məlumat yayıb. "Hazırda bu, əlamətdar hadisədir. Tərəflər bu məsələ ilə bağlı bəyanat mübadiləsini davam etdirirlər", - o deyib. O...

Türkiyə Xarici işlər naziri Hakan Fidan Rusiyanın İstanbulda Ukrayna ilə görüşmək təşəbbüsünün önəmli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hazırda bu, əlamətdar hadisədir. Tərəflər bu məsələ ilə bağlı bəyanat mübadiləsini davam etdirirlər", - o deyib.

O xatırladıb ki, Rusiya tərəfi iyunun 2-də keçiriləcək görüşlə bağlı ona çatdırılan təklifə cavab gözləyir.

“Biz indi Ukraynaya gedirik, orada Ukrayna hakimiyyəti ilə danışıqlar aparacağıq. Əvvəllər Rusiyada etdiyimiz kimi, orada da Türkiyənin mövqeyini, fikirlərini və atəşkəsin təcili zərurətini müzakirə edəcəyik”,- deyə Hakan Fidan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər