Əsas məzmuna keç

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıb

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıb

bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında...

“Biz arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bu gün Vaşinqtonda bununla bağlı ifadə olunan iradədən məmnunuq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin İlham Əliyev, ABŞ lideri Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalarla bağlı "X"dəki səhifəsində yazılıb.

"Qlobal gərginlik və böhranların getdikcə artdığı bu dönəmdə atılan bu addım regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. ABŞ hakimiyyətini prosesə verdiyi dəstəyə görə təqdir edirik. Cənubi Qafqazda hüzur və rifahın təmin olunması üçün tarixi fürsət əldə olunub. Türkiyə olaraq bu fürsətin reallaşması üçün ortaya qoyulan səylərə töhfə verməyə davam edəcək və can Azərbaycanın məhsuldar səylərini dəstəkləyəcəyik", - paylaşımda qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…