Operativ Məlumat Mərkəzi

Türkiyə və Suriya PKK-ya qarşı hərbi əməliyyat hazırlığına başlayacaq

1 dəq
Paylaş:
Türkiyə və Suriya PKK-ya qarşı hərbi əməliyyat hazırlığına başlayacaq
bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Suriya ərazisindəki PKK üzvləri respublikada başqa administrasiyanın yaradılmasında...

Qərb dövlətləri “yeni tələblər” irəli sürərsə, Türkiyə və Suriya silahlı qüvvələri PKK üzvlərinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Suriya ərazisindəki PKK üzvləri respublikada başqa administrasiyanın yaradılmasında israr etməkdə davam edirlər. Bunun fonunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onlara xəbərdarlıq edib.

“Əgər PKK silahı yerə qoymasa, başqa administrasiyada israr etməyə davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Türkiyə Silahlı Qüvvələri tərəfindən genişmiqyaslı hərbi əməliyyat olacaq”,- deyə bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər