Türkiyə və İndoneziya 10 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün əməkdaşlığı gücləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında İndoneziyaya və bu ölkənin prezidenti Prabowo Subiantonun dünən Türkiyəyə səfərləri əməkdaşlıq üçün yeni qapılar açıb.
Xüsusilə müdafiə sənayesi sahəsində son dövrlər formalaşan yaxşı münasibətlərin yaxın gələcəkdə yeni addımlarla gücləndirilməsi nəzərdə tutulur.