Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib

1 dəq
Paylaş:
Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib
bu barədə "Rosselxoznadzor" məlumat yayıb. “Rusiyaya Türkiyədən yanvarın 3-də yumurtanın 19,36 ton (316,8 min ədəd) həcmində ilk partiyası...

Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

“Rusiyaya Türkiyədən yanvarın 3-də yumurtanın 19,36 ton (316,8 min ədəd) həcmində ilk partiyası “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd edilib.

Dekabrın sonunda agentlik bildirib ki, “Rosselxoznadzor” 29 dekabr 2023-cü il tarixindən Türkiyənin altı müəssisəsindən inkubator yumurtası tədarük etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan da Rusiyaya yumurta tədarük edir.

Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub. Dekabrın 25-də Azərbaycandan Rusiyaya 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər