Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti TDT ilə bağlı sazişlərə dəyişiklikləri təsdiqləyib

2 dəq
Paylaş:
Türkiyə Prezidenti TDT ilə bağlı sazişlərə dəyişiklikləri təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkdilli Dövlətlərin Şurasının yaradılması haqqında” Sazişinə edilməsinə dair Protokolu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “ Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.

Bundan başqa, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokol təsdiq edilib. Sözügedən sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax