Əsas məzmuna keç

"Tramp qan tökülməsini dayandırmaq niyyətindədir"

"Tramp qan tökülməsini dayandırmaq niyyətindədir"

bu sözləri ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq deyib. Onun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılmasına nail olmaq...

"ABŞ prezidenti Tramp münaqişənin həlli üzrə danışıqlara başlamazdan əvvəl Ukraynada qanın tökülməsini dayandırmaq istəyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin üzrə xüsusi elçisi Keyt Kelloq deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır:

"Donald Tramp başa düşür ki, həm Kiyev, həm də Moskva münaqişəyə son qoymaq üçün güzəştə getməli olacaqlar. Vaşinqton Rusiyanın enerji sektoruna qarşı tətbiq edilmiş məhdudiyyətləri gücləndirmək imkanını nəzərdən keçirir".

Qeyd edək ki, fevralın 5-də prezidentinin katibi Dmitri Peskov bildirib ki, Ukraynada sülhə dair ABŞ-Rusiya təmasları gücləndirilib. Donald Tramp Ukrayna və Rusiya rəhbərliyi ilə “konstruktiv danışıqlardan” da danışıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…