ABŞ prezidenti Donald Tramp İranla mümkün nüvə sazişinin bir hissəsi kimi Tehranın uranın zənginləşdirilməsi proqramına icazə verilməyəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında bildirib.
İranın uranın zənginləşdirilməsi proqramının əvvəlki administrasiyalar tərəfindən “çoxdan dayandırılmalı” olduğunu müdafiə edən Tramp, “mümkün razılaşmamız çərçivəsində uranın zənginləşdirilməsinə icazə verməyəcəyik” deyib.