ABŞ prezidenti Donald Tramp ironik bir şəkildə 2026-cı ilə qədər Nobel Sülh Mükafatını qazanacağına ümid etdiyini söyləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, onun bu çıxışı Ağ Evin rəsmi saytında yayımlanıb.
Donald Tramp indiyədək heç bir ABŞ prezidentinin hərbi münaqişəni dayandırmadığını xatırladıb.
"Məncə, heç bir prezident münaqişəni dayandırmayıb. Mən isə səkkiz ay ərzində səkkiz müharibəni dayandırmışam", - deyə Amerika lideri bildirib.