Əsas məzmuna keç

Tokelauda koronavirusa ilk yoluxma hələ indi qeydə alınır

Tokelauda koronavirusa ilk yoluxma hələ indi qeydə alınır

bu barədə "Radio New Zealand" ölkə hökumətinə istinadən məlumat yayıb. Belə ki, Tokelauda COVID-19 pandemiyasının başlanmasından ilk yoluxma qeydə...

okeanın ada hökuməti koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra karantin elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " New Zealand" ölkə hökumətinə istinadən məlumat yayıb.

Belə ki, Tokelauda COVID-19 pandemiyasının başlanmasından ilk yoluxma qeydə alınıb. Virusa yoluxmuş xəstə xəstəxanada təcrid olunub, lakin hakimiyyət orqanları dövlətə aid hər üç atollda ciddi karantin tədbirləri etmək qərarına gəliblər.

Səhiyyə Nazirliyində xəstənin nə vaxt yoluxduğunu, həmçinin yoluxma mənbəyini müəyyən edə bilmədiklərini və buna görə də bütün ölkə ərazisində sanitar məhdudiyyətlərin tətbiq olunacağını bildiriblər.

Tokelau Sakit Okeanın cənubunda yerləşən Yeni Zelandiyanın özünüidarə etməyən ərazisidir. 1,4 min nəfər əhalisi olan ölkə (2013-cü ilin siyahıyaalınmasının nəticələrinə görə) indiyədək koronavirusdan tamamilə azad hesab edilib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…