Əsas məzmuna keç

Telman Əliyev vəfat edib - FOTO

Telman Əliyev vəfat edib - FOTO

Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Telman Əliyev vəfat etdi. Veteran polis haqqında.

Uzun illər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, MSSR-nin daxili işlər nazirinin müavini olmuş Əliyev vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polis xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Telman Əliyev 1982-ci ildə ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə ümummilli lider böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.

ttteeeb.png

sabiq-nazir-muavini-vefat-etdi

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…