Operativ Məlumat Mərkəzi

Tehran Qərbin tələbi ilə Moskva ilə əlaqələrini kəsəcək?

2 dəq
Paylaş:
Tehran Qərbin tələbi ilə Moskva ilə əlaqələrini kəsəcək?
bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib. "Avropa ölkələr Rusiya ilə dost münasibətləri olan dövlətlərin...

"İran Qərbin tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

"Avropa ölkələr Rusiya ilə dost münasibətləri olan dövlətlərin Avropanın tələbi ilə bu münasibətləri kəsəcəyini gözləyirlər. Bu, tamamilə ağlabatan deyil", - deyə İran diplomatı bildirib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Avropa ölkələrinin Tehranın Ukraynadakı hadisələrə müdaxiləsi ilə bağlı ittihamlarını rədd edib.

O vurğulayıb ki, İranın Rusiya ilə münasibətləri qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanır.

Bəqai qeyd edib ki, "Avropa ölkələri öz hərəkətlərinin nəticələrini, yəni Ukraynadakı münaqişənin niyə başladığını nəzərə almalıdırlar. Niyə? NATO-nun düşmənçilik hərəkətləri, qarşı tərəflərin təhrik etdiyi hərəkətlər səbəbindən. Üstəlik, Avropanın özündə sülh təhlükə altındadır".

O qeyd edib ki, Qərb ölkələri başqalarına nə etməli olduqlarını deməzdən əvvəl, hərəkətlərinə görə məsuliyyət daşımağa başlamalı və məsuliyyətlərinə uyğun hərəkət etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər