Əsas məzmuna keç

TƏBİB-in icraçı direktoru zəlzələdən sonra görülən işləri açıqlayıb

TƏBİB-in icraçı direktoru zəlzələdən sonra görülən işləri açıqlayıb

“Bu gün səhər saatlarında əldə məlumata görə, zəlzələdən sonra gecə saatlarında 34 nəfər təcili yardım xidmətinə müraciət edib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təcili tibbi yardım dünən baş vermiş zəlzələ ilə əlaqədar ölkə üzrə gücləndirilmiş iş rejiminə keçirilib: “Həm regionlarda, həm Bakı şəhərində yerləşən tibb mərkəzləri tam hazırlıqlı vəziyyətə gətirilib ki, vətəndaşlarımızın tibbi xidmətlə bağlı müraciəti keyfiyyətli şəkildə icra edilsin”.

V.Qurbanov qeyd edib ki, vətəndaşların təcili tibbi yardım xidmətinə müraciətləri hər hansı xəsarətlə bağlı olmayıb: “Bu müraciətlər arterial təzyiqin yüksəlməsi, bununla bağlı olan hallar idi. Bu hallarla bağlı vətəndaşlara xidmət göstərilib. Hazırda tibbi xidmətin təşkili ilə bağlı yoxdur”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…