Operativ Məlumat Mərkəzi

Tayvanda Çinə məxsus hərbi təyyarələr və gəmilər aşkar edildi

1 dəq
Paylaş:
Tayvanda Çinə məxsus hərbi təyyarələr və gəmilər aşkar edildi
bununla bağlı xarici KİV məlumat yayıb. Tayvan Müdafiə Nazirliyi X hesabında verdiyi açıqlamada dünən axşamdan bu səhərə qədər Tayvan adası ətrafında 45...

Tayvan adası ətrafında Çinə məxsus 45 hərbi təyyarə və 15 gəmi aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tayvan Müdafiə Nazirliyi X hesabında verdiyi açıqlamada dünən axşamdan bu səhərə qədər Tayvan adası ətrafında 45 hərbi təyyarənin göründüyünü açıqlayıb.

Açıqlamada, bu nəqliyyat vasitələrinin 34-nün Tayvan boğazında tərəflərin təsir zonalarını ayırması hesab edilən orta xətti keçərək, Tayvanın “Hava Hücumundan Müdafiə Təsnifat Zonası (ADIZ)” elan etdiyi bölgənin mərkəzi və cənub-qərb hissələrində uçuşlar həyata keçirdiyi bildirilib.

Uçuşların və gəmi patrullarının Çinin Tayvanın cənubunda döyüş hazırlığı patrulunun bir hissəsi kimi həyata keçirildiyi təxmin edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər