Əsas məzmuna keç

Tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili sökülüb

Tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili sökülüb

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 4300 nömrəli yerli əhəmiyyətli abidəsinin mühafizə zonasında qanunsuz tikilən hasar sökülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir.

Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.

Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, abidələrin qorunması haqqında qanunvericiliyini pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…