Əsas məzmuna keç

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB 2 - VİDEO

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB 2 - VİDEO

8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə...

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

***

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Bu gün Bakının Xətai rayonu ərazisində ağır baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…