Əsas məzmuna keç

“Taliban” COP29-da iştirak edəcək

“Taliban” COP29-da iştirak edəcək

bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib. “Əfqanıstan hökumətinin nümayəndə heyəti...

ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 konfransında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib.

Gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Dünya burada iqlim maliyyələşdirilməsi problemi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə ümid edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…