Əsas məzmuna keç

Tacikistan Rusiyaya nota verib

Tacikistan Rusiyaya nota verib

bu barədə məlumat Tacikistan XİN-in saytında yerləşdirilib. Tacikistan XİN Moskva vilayətinin Odintsovo şəhərinin Qorki-2 qəsəbəsindəki Uspenskaya orta...

səfiri Moskva vilayətindəki məktəbdə " motivli" qətl hadisəsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Tacikistan XİN-in saytında yerləşdirilib.

Tacikistan XİN Moskva vilayətinin Odintsovo şəhərinin Qorki-2 qəsəbəsindəki Uspenskaya orta məktəbinin dördüncü şagirdi Qobiljon Əliyevə qarşı etnik nifrət motivli hücumu qətiyyətlə pislədiyini açıqlayıb.

Rusiyanın Tacikistandakı səfirinə "bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılmasını və bütün iştirakçıların qanunun bütün tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmasını" tələb edən nota təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhərində yerləşən orta məktəbdə qətl hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Timofey K. 4-cü sinif şagirdi 10 yaşlı Qobiljon Əliyevi bıçaqlayaraq qətlə yetirib. Timofey qətlin videosunu teleqram kanalında paylaşıb. Həmin videodan qətlin etnik zəmində törədildiyi məlum olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…