Əsas məzmuna keç

Şuşanın Quşçular kəndində narkotik plantasiyası aşkar edilib

Şuşanın Quşçular kəndində narkotik plantasiyası aşkar edilib

Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkar edilib. Bu barədə "Operativ Məlumat...

Şuşanın kəndində 5 hektar sahədə kultivasiya növbəti plantasiyası aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Məlumata görə, Qarabağda qanunsuz silahlı birləşmələrinə qarşı həyata antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb. Fermer təsərrüafatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…