Əsas məzmuna keç

"Suriya və İsrail təhlükəsizlik razılaşmasına yaxınlaşır"

"Suriya və İsrail təhlükəsizlik razılaşmasına yaxınlaşır"

və İsrail nümayəndə heyətləri arasında tədbirləri ilə bağlı ortaq razılaşmaların hazırlanması üzrə danışıqların yekunlaşmaq üzrə bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyanın cənubunda, o cümlədən druzların yaşadığı Əs-Suveydə əyalətində vəziyyəti nizamlamağa imkan verəcək razılaşmanı imzalamağa yaxındırlar.

Bildirilib ki, fikir ayrılıqlarının aradan qaldırılmasında ABŞ-nin vasitəçiliyi mühüm rol oynayıb. Hazırlanan iki tərəfli razılaşma bəzi kiçik dəyişikliklərlə 1974-cü ildə Qolan yüksəkliklərində İsrail və Suriya qüvvələrinin ayrılmasına dair imzalanmış müqaviləni əsas xətlər üzrə xatırladacaq.

Keçid hökuməti druz icmasına zərər verməməyə və Əs-Suveydəki sakinlərə bütün zəruri ehtiyacları, o cümlədən iş yerlərini təmin etməyə söz verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…