Əsas məzmuna keç

Sumqayıt və üç rayonda 130 ağac qanunsuz kəsilib

Sumqayıt və üç rayonda 130 ağac qanunsuz kəsilib

Baş Prokurorluğun Cinayət təqibindən idarəsində müxtəlif regionlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş Prokurorluğun məlumat yayıb.

Araşdırmalar zamanı şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…