Əsas məzmuna keç

Stüardessa Hökümə Əliyevanın iş yoldaşı: Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı

Stüardessa Hökümə Əliyevanın iş yoldaşı: Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı

bunu Aktauda aviaqəzada həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın iş yoldaşı Leyla Rzayeva deyib. O bildirib ki, Hökümə Əliyeva öz vəzifə borcunu...

Bu cür səssiz, bir qız bütün ölkəyə səs saldı.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bunu Aktauda aviaqəzada həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın iş Leyla Rzayeva deyib.

O bildirib ki, Hökümə öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, bunun üçün də hamının qürur yeridir: “Hökümə kimi sakit, səssiz bir qızın qəhərli, həyəcanlı səslə sərnişinlərə təlimat verib, onları sakitləşdirməyə, ümid verməyə çalışması inanılmazdır. Özü də qəza olacağını bilə-bilə...”, o qeyd edib.

Təyyarə bələdçisi sərnişinlərə də çağırış edib: “Biz - təyyarə bələdçilərinin əsas vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Sərnişinlərin sağlamlığı bizim məsuliyyətimizdədir. Təyyarə bələdçilərinin təlimatlarını diqqətlə dinləyib, əməl etmək lazımdır.

Bilirsiniz, təyyarədə qəza enişi planlı və olur. Bütün hallarda pilotlar bu barədə bələdçilərə bildirirlər. Bu qəza enişinin planlı, yoxsa planlaşdırılmamış olduğunu isə bilmirəm”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…