Almaniya kansleri Olaf Şolz oktyabrın 24-26-da Hindistana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Almaniya kansleri Olaf Şolz müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə etmək üçün oktyabrın 24-26-da Hindistana səfər edəcək.
Şolz və Modi oktyabrın 25-də Yeni Dehlidə keçiriləcək 18-ci Asiya-Sakit Okean Alman Biznes Konfransında (APK 2024) çıxış edəcəklər.