Operativ Məlumat Mərkəzi

SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb

1 dəq
Paylaş:
SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb
bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, sazişi SOCAR prezidenti Rövşən Nəcəf və JBIC-nin rəhbəri...

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişini imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, sazişi SOCAR prezidenti Rövşən Nəcəf və JBIC-nin rəhbəri Nobumitsu Hayaşi imzalayıblar.

“N. Hayaşi ilə keçirilən görüşdə müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və enerji sektorunda dayanıqlılıq, dekarbonizasiya və innovasiya sahəsində təşəbbüslərin irəli aparılmasına yönəlib. Görüşün mühüm nəticəsi olaraq, ekoloji cəhətdən məsuliyyətli enerji həllərinə dəstək vermək öhdəliyimizi vurğulayan Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb”, - deyə R.Nəcəf qeyd edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər