Əsas məzmuna keç

Şöbə müdiri: Tibbi sənədləşmə elektronlaşdırılacaq

Şöbə müdiri: Tibbi sənədləşmə elektronlaşdırılacaq

bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib. O...

Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə siyasəti şöbəsinin Ramik Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə zamanı deyib.

O müasir rəqəmsallaşma ilə ayaqlaşmağın vacibliyini vurğulayıb:

"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur".

"Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrizlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşması mümkün olacaq", - nazirlik rəsmisi əlavə edib.

R.Quliyev onu da qeyd edib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, ştat formalaşdırılır, bu yöndə aktiv işlər görülür:

"Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişdirilməsi gündəmdə idi və artıq layihə İcbari üzrə Dövlət Agentliyinə təqdim olunub.

Layihənin təkmilləşdirilməsindən sonra növbəti ildə tibb müəssisələrinin yeni qayda üzrə akkreditasiyasının, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…