Əsas məzmuna keç

Sibiqa Siyartoya cavab verib: Şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərin

Sibiqa Siyartoya cavab verib: Şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərin

Macarıstan XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, Andrey Sibiqa...

Ukraynanın naziri Sibiqa və macarıstanlı həmkarı Peter arasında “X” platformasında mübahisə yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN rəhbəri Peter Siyarto Ukraynanın hücumlarının Rusiyadan Macarıstana neft tədarükünü dayandırdığından şikayət etdikdən sonra, Andrey Sibiqa ona cavab ünvanlayıb.

“Peter, bu müharibəni başlayan yox, Rusiyadır. Rusiya müharibəni bitirməkdən imtina edir. İllərdir Macarıstana deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını qoruyub-saxlamaqdan ötrü bütün səyləri göstərib. Hətta, müharibə başlayandan sonra belə. İndi isə şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz” - Ukrayna XİN rəhbəri qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə cavab olaraq, “fakt budur ki, Ukrayna Macarıstana neft tədarük edən boru xəttinə hücum edib”- sözlərini yazıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…