Çin Prezidenti Si Cinpin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Die Zeit məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin dəqiqləşdirdiyi kimi, Yohannesburqda keçiriləcək sammitdə ölkənin nümayəndə heyətinə Dövlət Şurasının baş naziri Li Qianq başçılıq edəcək.
Nəzərə alsaq ki, Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp əvvəllər sammitdə iştirakdan imtina ediblər, bu, G20-nin yaradılmasından sonra ilk dəfədir ki, qrupdakı üç ən böyük gücün dövlət başçıları sammitdə iştirak etməyəcək.