Əsas məzmuna keç

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri İlham Əliyevə başsağlığı veriblər

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri İlham Əliyevə başsağlığı veriblər

məktubda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması,...

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Al Səuddan İlham Əliyevə başsağlığı məktubu gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.

Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!".

Həmçinin, Krallığının vəliəhdi, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan da İlham Əliyevə başsağlığı məktubu gəlib.

Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım. Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…