Əsas məzmuna keç

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.09.2023

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.09.2023

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə...

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli Samir Məmmədov saxlanılıb. Üzərindən “marixuana” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Samir narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürlüb.

Faktlarla bağlı Polis Şöbəsində başlanılıb araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…