Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb
25.09.2023 10:15
Aa
dəq

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Üzərindən “marixuana” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Samir Məmmədova narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürlüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu