Əsas məzmuna keç

Şəmkir sakinlərindən avtomat və narkotik aşkarlanıb

Şəmkir sakinlərindən avtomat və narkotik aşkarlanıb

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində...

Şəmkir Rayon Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli rayon sakini Coşqun Aslanov saxlanılıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, üzərində marixuana edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar götürülüb.

Bundan başqa Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə saxlanılıb. Şübhəli şəxslərin üzərlərindən müvafiq olaraq heroin və marixuana edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…