Əsas məzmuna keç

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarını təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarını təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb. "Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan...

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət onları qaydalarına əməl etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb.

" təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumlarının verdiyi təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub:

"Təhlükə ilə bağlı operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara "Home Front Command", "Red Alert", "Tzofar" kimi tətbiqlərin yüklənməsi vacibdir. Hazırda İsrailin hava məkanı bağlı olduğundan hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Bununla yanaşı, ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir. Zəruri hallarda Azərbaycanın İsraildəki səfirliyi ilə aşağıdakı vasitələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: E-mail: [email protected] Telefon: +972 54 539 7788".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…