Əsas məzmuna keç

Sədərək rayonuna icra başçısı təyin edilib

Sədərək rayonuna icra başçısı təyin edilib

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

Naim Cahidzadə Muxtar Respublikası Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı İlham Əliyev sərəncam imzalayıb.

Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb.

2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində başlayıb. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.

O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…