Əsas məzmuna keç

Sarayda 4 qumbara, 41 mərmi tapılıb - VİDEO

Sarayda 4 qumbara, 41 mərmi tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə rayonu, Saray qəsəbəsi ərazisində şübhəli əşya edilməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan nəticəsində döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası, 13 ədəd UZRQM partladıcısı, 2 ədəd süngü bıçağı, 7 ədəd 7,62 mm-lik və 34 ədəd 5,45 mm-lik mərmi aşkar edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…