Çinin Şanxay sahillərində "MİRABELLA" adlı gəmi ilə toqquşaraq batan "OMEGA" adlı gəmidən 16-sı türk olmaqla 21 dənizçi xilas edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Dəniz İşləri Baş İdarəsi məlumat yayıb.
Pruvasından zədələnən "OMEGA" gəmisinin toqquşmadan sonra batdığı və hadisənin yerli vaxtla saat 04.38-də ekipaj yatarkən baş verdiyi öyrənilib.
Bildirilib ki, uzunluğu 189 metr, eni 33 metr olan OMEGA gəmisi Qara dənizdən keçərək Çinə lövbər salıb.
Şanxayda türk gəmisi batıb
1 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Bir çox yerlərdə məcburi köçürmələr olacaq - AÇIQLANDI
Müsahibə
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
Müsahibə
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
Müsahibə