Əsas məzmuna keç

Salyanda qətl törədən şəxsin məhkəməsi başlayır

Salyanda qətl törədən şəxsin məhkəməsi başlayır

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Salyan Rayon Prokurorluğundan...

rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Salyan Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən olan heroin və maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…