Əsas məzmuna keç

Şahin Quliyev vəzifəsindən azad edildi

Şahin Quliyev vəzifəsindən azad edildi

Milli Məclis Aparatında kadr dəyişikliyi: Şahin Quliyev vəzifəsindən azad edildi.

Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Modern.az-a istinadən xəbər verir ki, Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib.

O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Məlumata görə, onun vəzifəsinə Nadir gətirilib. O, 1974-cü ildə anadan olub. hüquq ixtisasına malik dövlət qulluqçusu İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.

Fotoda: solda Şahin Quliyev, sağda Nadir Sultanov.

rN3IJ6H5pn5RMN16wZjrJxTXVjDTau2wwOEgvYg6:640.jpg

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…