Operativ Məlumat Mərkəzi

Şahin Mustafayev İrana səfər edəcək

2 dəq
Paylaş:
Şahin Mustafayev İrana səfər edəcək
məlumatı “News.mrud.ir” yayıb. Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev ötən gün İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə...

Baş nazirinin müavini Şahin İrana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “News.mrud.ir” yayıb.

Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev ötən gün İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşüb. İranın Astara şəhərində birgə layihələrinin müzakirəsi barədə razılıq əldə ediblər.

Görüş zamanı Azərbaycan-İran İqtisadi üzrə Birgə Komissiyasının rəhbərləri həmçinin iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlığın inkişafı, xüsusilə sərhəd layihələri sahəsində məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

Eyni zamanda tərəflər "Astara" sərhəd terminalının və sərhəd körpülərinin tikintisi də daxil olmaqla birgə sərhəd layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı Şahin Mustafayevin yaxın zamanda birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini yerində tədqiq etmək və qiymətləndirmək üçün Astara şəhərinə səfər etməsi razılaşdırılıb. Səfər zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində iki ölkə arasında müxtəlif iqtisadi məsələlər nəzərdən keçiriləcək, təhlil ediləcək, həmçinin tərəflər layihələrin irəliləməsi və mümkün maneələrin aradan qaldırılması yolları barədə danışıqlar aparacaq, fikir mübadiləsi edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax