Əsas məzmuna keç

Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü - Fotolar

Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü - Fotolar

Milli Məclisin sədri Özbəkistana işgüzar səfəri çərçivəsində ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən qeyd , əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb.

Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilərək, bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, geniş əlaqələrinə mailk olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə evsahibliyi etdiyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…