Əsas məzmuna keç

Rusiyadan Polşadakı baş konsulluğunun bağlanmasına cavab

Rusiyadan Polşadakı baş konsulluğunun bağlanmasına cavab

" Polşa Baş Konsulluğunun İrkutskdakı əməliyyatına razılığı ləğv edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında dərc məlumatda bildirilir .

“Rusiya 30 dekabr 2025-ci il tarixindən etibarən Polşanın İrkutskdakı Baş Konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı verdiyi razılığı ləğv etmək qərarına gəlib”, - məlumatda deyilir.

Moskvanın qərarının Varşavanın Qdanskdakı Rusiya Baş Konsulluğunun fəaliyyətini dayandırmaq qərarına cavab tədbiri olduğu bildirilir: "Rusiyanın Polşadakı konsulluğunun absurd bir bəhanə ilə bağlanması Polşa rəhbərliyinin açıq-aşkar düşmənçilik və əsassız addımıdır".

Xatırladaq ki, noyabrın 19-da Polşanın naziri Radoslav Sikorski keçən həftəsonu dəmir yolunda baş vermiş təxribata cavab olaraq ölkədəki son Rusiya konsulluğunun – Qdanskda bağlanması qərarını açıqlayıb .

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…