"Rusiya Polşa Baş Konsulluğunun İrkutskdakı əməliyyatına verdiyi razılığı ləğv edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında dərc olunmuş məlumatda bildirilir .
“Rusiya tərəfi 30 dekabr 2025-ci il tarixindən etibarən Polşanın İrkutskdakı Baş Konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı verdiyi razılığı ləğv etmək qərarına gəlib”, - məlumatda deyilir.
Moskvanın qərarının Varşavanın Qdanskdakı Rusiya Baş Konsulluğunun fəaliyyətini dayandırmaq qərarına cavab tədbiri olduğu bildirilir: "Rusiyanın Polşadakı konsulluğunun absurd bir bəhanə ilə bağlanması Polşa rəhbərliyinin açıq-aşkar düşmənçilik və əsassız addımıdır".
Xatırladaq ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski keçən həftəsonu dəmir yolunda baş vermiş təxribata cavab olaraq ölkədəki son Rusiya konsulluğunun – Qdanskda bağlanması qərarını açıqlayıb .