Operativ Məlumat Mərkəzi

Rusiyada yenilənmiş nüvə doktrinası təsdiqlənib

1 dəq
Paylaş:
Rusiyada yenilənmiş nüvə doktrinası təsdiqlənib
Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. "Operativ Məlumat...

Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bununla bağlı müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, Rusiyanın bu sahədə dövlət siyasəti müdafiə xarakteri daşıyır.

Eyni zamanda vurğulanıb ki, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.

Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar Rusiya Prezidenti tərəfindən verilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər