Əsas məzmuna keç

Rusiya XİN: ABŞ ilə münasibətlər hər an kəsilə bilər

Rusiya XİN: ABŞ ilə münasibətlər hər an kəsilə bilər

bu barədə Rusiya Xarici İşlər Nazirliyinin RF ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasının 90-cı ildönümü münasibətilə yaydığı açıqlamada...

“Vaşinqtonun günahı ucbatından ilə ABŞ arasında münasibətlərin hər an kəsilmək riski var”.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin RF ilə ABŞ arasında münasibətlərin bərpasının 90-cı ildönümü münasibətilə yaydığı açıqlamada bildirilib.

Açıqlamaya əsasən, Rusiya-ABŞ münasibətləri Vaşinqtonun təqsiri ilə hər an kəsilmək təhlükəsi ilə üzləşir, ancaq bu, Moskvanın seçimi deyil.

Nazirlik qeyd edib ki, RF ilə Ştatlar arasında münasibətlərdəki ən dərin böhranın əsas Vaşinqtonun Moskva və Pekini səviyyədə cilovlamaq cəhdi ilə bağlıdır.

səhnəsində qüvvələr balansını dəyişən tektonik geosiyasi dəyişikliklər fonunda Vaşinqton qlobal səviyyədə Moskva və Pekinə qarşı cilovlama siyasəti tətbiq edir. Son nəticədə Qərbin tətbiq etdiyi dünya nizamla böyük əksəriyyət razılaşmır”, diplomatik departament qeyd edib.

RF XİN vurğulayıb ki, Rusiya-ABŞ münasibətlərinin indi yaşadığı ən dərin böhranın əsas səbəbi budur. Açıqlamaya əsasən, ABŞ-ın məsuliyyətsiz addımları, Moskvanı “strateji məğlubiyyət”ə uğratmaq kimi doktrinal olaraq qarşıya qoyulan vəzifə də daxil olmaqla, eskalasiya fəlakətli nəticələrə gətirib çıxara bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…